Yığmamızın futbolçusu "Ayaks"a elə bir qol vurdu ki... - VİDEO

 Yığmamızın futbolçusu "Ayaks"a elə bir qol vurdu ki... - VİDEO

Niderland birinci divizionunda 6-ci turun görüşləri keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" "Yonq Ayaks”ın qonağı olub.

90 dəqiqə meydanda olan futbolçumuz 1:1 hesabı ilə başa çatan qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə cərimə zərbəsindən gözəl qol vuraraq komandasına 1 xal qazandırıb.

"Eyndhoven" 10 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.