Türkiyə 1-ci liqası: Coşqunun komandası İzmir səfərində

Türkiyə 1-ci liqası:  Coşqunun komandası İzmir səfərində

Bu gün Türkiyə 1-ci Liqasında 19-cu tura yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə futbol üzrə Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" İzmir səfərində "Göztəpə" ilə qarşılaşacaq.

Yığma komandamızın digər üzvlərinin - Vüsal İsgəndərlinin ("Boluspor"), Ramil Şeydayevin ("Kocaelispor"), Bəxtiyar Həsənalızadənin ("Tuzlaspor") və Sərtan Taşkının ("Manisa BBSK") komandaları artıq oyunlarını keçiriblər.

Yarışın turnir cədvəlində "Kocaelispor" 36 xalla 2-ci, "Boluspor" 26 xalla 9-cu, "Manisa BBSK" və "Ümraniyəspor" 23 xalla 10-11-ci, "Tuzlaspor" 19 xalla 16-cı pillədə qərarlaşıblar.

Türkiyə, 1-ci Liqa

21:00 "Göztəpə" - "Ümraniyəspor"