Şeydayevin "Buriram Yunayted"də debüt edəcəyi tarix açıqlandı

Şeydayevin "Buriram Yunayted"də debüt edəcəyi tarix açıqlandı

"Buriram Yunayted"lə 1 illik müqavilə bağlayan futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin Tailand klubunda debütü bu həftə reallaşacaq.

MediaSport.az xəbər verir ki, Şeydayevin yeni komandasında ilk matçı yoldaşlıq görüşünə təsadüf edəcək.

İyulun 22-də “Buriram Yunayted” “Utay Tani” ilə qüvvəsini sınayacaq. Ramilin bu oyunda meydana çıxacağı bildirilib.

Tayland çempionatı isə avqustun 12-də start götürəcək.