Musa Qurbanlı 35 dəqiqəyə 2 qol vurdu, 1 məhsuldar ötürmə etdi

Musa Qurbanlı 35 dəqiqəyə 2 qol vurdu, 1 məhsuldar ötürmə etdi

İsveç çempionatında 21-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" evdə "Degerfors"u qəbul edir.

21 yaşlı forvard ilk hissəsi davam edən qarşılaşmanın 35 dəqiqəsi ərzində 2 qol və 1 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Musa Stokholm klubunda ilk qolunu ölkə kuboku matçında vurmuşdu.