AFFA rusiyalı futbolçulara vətəndaşlıq təklif edib

AFFA rusiyalı futbolçulara vətəndaşlıq təklif edib

AFFA rusiyalı futbolçular Maqomed-Şapi Süleymanov və Həmid Ağalarova Azərbaycan vətəndaşlığı təklif edib.

Mediasport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına açıqlamasında "Sabah"ın baş məşqçisi Murad Musayev məlumat verib. Mütəxəssis deyib ki, federasiya hər iki oyunçuya Azərbaycan vətəndaşlığını almağı və yerli komandalardan birində oynamaq üçün dəvət göndərib:

"Süleymanov və Ağalarova pasport almaqla yerli komandada oynamaq təkli olunub. Ağalarov "Ufa"dakı uğurlu mövsümdən sonra "Sabah"a da keçə bilərdi. Lakin anlaşa bilmədik".

Qeyd edək ki, Həmid Ağalarov hazırda "Axmat"da çıxış edir. Onun Qorznı təmsilçisi ilə 2025-ci ilə qədər müqaviləsi var.

"Krasnodar"a məxsus olan Maqomed-Şapi Süleymanov isə karyerasını icarə əsasında "Aris"də (Saloniki) davam etdirir.