Cəlalın komandasından Konfrans Liqası yolunda vacib qələbə

Cəlalın komandasından Konfrans Liqası yolunda vacib qələbə

Futbol üzrə AZərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan Birinci Liqasında növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Avropa Konfrans Liqasına vəsiqə uğrunda yarışan Kırjali klubu 35-ci tur çərçivəsində "Slaviya" üzərində vacib qələbə qazanıb.

Hüseynovun 70-ci dəqiqədə meydana çıxdığı görüşdə komandası Sofiya təmsilçisini 3:1 hesabı ilə məğlub edib.

Konfrans Liqasına 4 komandanın mübarizə apardığı tək vəsiqə yarışında "Arda" 48 xalla ikinci, "ÇSKA 1948" 49 xalla birincidir.

Son turda futbolçumuzun komandası Plovdivdə "Botev"lə qarşılaşacaq.