"Zirə" UEFA Avropa Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ

"Zirə" UEFA Avropa Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ

Azərbaycanı futbol üzrə UEFA Avropa Liqasında təmsil edən "Zirə" 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ötən həftə Moldovada məğlub etdiyi "Şerif"lə qarşılaşın.

Mərdəkanda baş tutan görüşdə qonaqlar qələbə qazanaraq ümumi hesabı bərabərləşdiriblər.

Penaltilərdə daha dəqiq olan Moldova klubu mərhələ adlayıb.

"Qartallar" yoluna Avropa Konfrans Liqasında davam edəcəklər.


UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunu


20:00 "Zirə" (Azərbaycan) - "Şerif" (Moldova) 1:2 (pen., 4:5

Qollar: Rafael Utsiq, 5 - Əyyub Allaş, 54, Pape Yade, 78.

Qırmızı vərəqə: Salifu Suma, 40.

Baş hakim: Mario Zebek

Yan xətt hakimləri: Hrvoye Rodiç, Luka Puşiç

Dördüncü hakim: Fran Yoviç

Bakı, Mərdəkan. "Dalğa Arena". İlk matç - 1:0

"Zirə": 1. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsizni, 4. Ruan Renato, 70. İssa Cibrilla, 19. Salifi Suma, 21. Hacıağa Hacıyev, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 90. Davit Volkov, 23. Rafael Utsiq.

Baş məşqçi: Rəşad Sadıqov.

"Şerif": 16. Raşed Əl-Tumi, 8. Joao Paulo Fernandeş, 33. Mateus Lins, 50. Jokelin Behiratçe, 66. İlunqa Pata, 18. Mussa Kyabu (k), 3. Nana Kvame Boakye, 10. Sedrik Badolo, 69. Peter Ademo, 90. Papa Ndiaqa Yade, 9. Ayak Riak.

Baş məşqçi: Yuriy Hura.