"Şəmkir" faciəvi şəkildə həlak olan Rəhman Əliyevin xatirəsini yad etdi
Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan "Şəmkir" bu yay faciəvi şəkildə həlak olan "Ağdaş"ın prezidenti Rəhman Əliyevin xatirəsini yad edib.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi bir qədər əvvəl "Ağdaş"la start götürən qarşılaşmadan öncə sabiq klub rəhbərinin ruhuna ehtiramını ifadə edib.
Qərblilərin "Ultras57" azarkeş dəstəsi tribunadan "Ağdaş, başın sağ olsun. Rəhman, ruhun şad olsun!" yazılı pankart asıblar.
Xatırladaq ki, 1990-cı il təvəllüdlü Rəhman Əliyev bu ilin iyulunda Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisində çayda batan qohumunu xilas etməyə çalışarkən suda boğulub.