Azərbaycan klubu 10 futbolçunu komandadan göndərib - RƏSMİ

Azərbaycan klubu 10 futbolçunu komandadan göndərib - RƏSMİ

Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan "Lerik"də heyətdə köklü islahat edib.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi 10 futbolçusu ilə yollarını ayırıb.

Rəvan Quluzadə, Əflatun Məmmədov, Qədir Həsənov, Nicat Səfərov, Balarza Qədirli, Rahid Ağazadə, Şəhriyar Zərbəliyev, Namiq Salayev, Xətai Ramazanlı və Məhəmməd Məmmədzadə komandadan göndərilib.

Onlarla anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, "Lerik" Liqada 14 turdan sonra 12 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.