Bu komanda 122 illik tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı
"Brayton" klubu tarixi uğura imza atıb.
mediasport.az xəbər verir ki, futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində "Mançester Siti" ilə 1:1 hesablı bərabərə qalan kollektiv tarixində ilk dəfə Avropa Liqasında oynamaq imkanı qazanıb.
62 xalla turnir cədvəlində 6-cı pillədəki yerini qarantiləyən Roberto De Zerbinin komandası 122 illik tarixində heç vaxt avrokuboklarda çıxış etməyib.