Dünyanın ən bahalı futbolçularının yeni siyahısı tərtib edilib - "10-luq"

Dünyanın ən bahalı futbolçularının yeni siyahısı tərtib edilib - "10-luq"

“Football Benchmark” dünyanın ən bahalı futbolçularının siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, yenilənmiş reytinqə Madrid "Real"ına keçəcəyi gözlənilən Kilian Mbappe başçılıq edir.

Son sıralama məhz fransalı vingerin ispanlarla müqavilə imzalayacağına nəzərən tərtib edilib.


“Football Benchmark"ın “10-luğ”u

1. Kilian Mbappe (PSJ/“Real”, İspaniya) - 244 milyon avro

2. Cud Bellingem (“Real” İspaniya) - 187,8 milyon avro

3. Erlinq Haaland (“Mançester Siti”, İngiltərə) - 186,6 milyon avro

4. Vinisius Junior (“Real”, İspaniya) - 176,2 milyon avro

5. Fil Foden (“Mançester Siti”, İngiltərə) - 150 milyon avro

6. Bukayo Saka (“Arsenal”, İngiltərə) - 142,7 milyon avro

7. Camal Musiala (“Bavariya”, Almaniya) - 130,7 milyon avro

8. Florian Virts (“Bayer”, Almaniya) - 123,5 milyon avro

9. Rodriqo (“Real”, İspaniya) - 121,2 milyon avro

10. Deklan Rays (“Arsenal”, İngiltərə) - 117,9 milyon avro