İlham Əliyevin nəvələrindən Qurban Qurbanova dəstək: "Əsl əfsanə"

İlham Əliyevin nəvələrindən Qurban Qurbanova dəstək: "Əsl əfsanə"

Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dəstək nümayiş etdiriblər.

Mediasport.az xəbər verir ki, bu barədə Mikayıl Ağalarov şəxsi instaqram səhifəsində hesabında paylaşım edib.

O, Qurban Qurbanovu əsl əfsanə adlandırıb. Paylaşımı olduğu kimi təqdim edirik:

“Əziz Qurban Qurbanova böyük ehtiramla...

Əsl əfsanə. Bu gün kiminlə oynamağımızın fərqi yoxdur. Biz Bakıda, Azərbaycanda oynayırıq. İstəyirik ki, bu şəxs axşam stadionda və ya televizor qarşısında olacaq hər birinizin dəstəyini hiss etsin.

O, çox iş görüb və çətin bir yol keçib. Bunun nəticəsi olaraq biz bu gün öz evimizdə Avropa Liqasının 1/8 final mərhələsini keçirə bilirik. Bizim gözəl komandamız, oyunçularımız və heyətimiz var. Bunu bir daha təkrarlayaq!

Tək sevgi - QARABAĞ FK!!!”

Qeyd edək ki, Ağdam klubu bu axşam Avropa Liqasının 1/8 finalının ilk görüşü çərçivəsində "Bayer"i qəbul edəcək.