17-ci Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub - VİDEO

17-ci Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub - VİDEO

Fransanın paytaxtı Parisdə 17-ci Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, bayraqdarlarımız parataekvondoçumuz İmaməddin Xəlilov və paratletimiz Lamiyə Vəliyeva olublar.

Ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunacaq.

Parataekvondoçu Röyalə Fətəliyeva (52 kq) zədələndiyi üçün yarışı buraxacaq.

Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.