Azərbaycanın daha bir idmançısı olimpiadanı medalsız başa vurdu

Azərbaycanın daha bir idmançısı olimpiadanı medalsız başa vurdu

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz E qrupunun ikinci duelində danimarkalı Anders Antonsenlə üz-üzə gəlib.

Rəqibinə 0:2 (12:21, 14:21) hesabı ilə uduzan Edi Paris-2024-də çıxışını başa vurub.