Paris-2024: Azərbaycan olimpiyaçılarının yarış PROQRAMı

Paris-2024: Azərbaycan olimpiyaçılarının yarış PROQRAMı

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası daha iki görüş keçirəcək.

Həmçinin, idmançılarımız fərdi yarışlarda mübarizə aparacaqlar.

Saat 12:00 - Cüdoçu Zelim Kotsoyev (100 kq) 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.

Saat 14:30 - 3x3 basketbol yığmamız Fransa ilə üz-üzə gələcək.

Saat 19:54 - 92 kq çəkidə yarışan boksçumuz Alfonso Dominges 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla döyüşəcək.

Saat 20:30 - 3x3 basketbol komandamız bu dəfə Almaniya millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, Azərbaycan avqustun 11-də başa çatacaq olimpiadada hələlik yalnız bir medal qazanıb. 73 kq çəkidə cüdoçu Hidayət Heydərov çempion olub.