Rəqibi mübarizədən imtina etdi: İsmiyeva "bürünc" üçün yarışacaq
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında paracüdoçu Xatirə İsmiyeva (J1 kateqoriyası) bürünc medal görüşünə çıxacaq.
Mediasport.az xəbər verir ki, +70 kq çəkidə yer alan idmançının təsəlliverici görüşdəki rəqibi Danitza Yoccelin (Venesuela) tatamiyə çıxmayıb və İsmiyeva qalib elan olunub.
Paracüdoçumuz üçüncülük uğrunda görüşdə Qarsiya Kristella ilə (ABŞ) qarşılaşacaq.