Azərbaycan olimpiadanın medal sıralamasında neçənci yerdədir?

Azərbaycan olimpiadanın medal sıralamasında neçənci yerdədir?

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci sıraya qalxıb.

Mediasport.az xəbər verir ki, bu, cüdoçu Zelim Kotsoyevin (100 kq) ötən gün çempionluğu sayəsində mümkün olub.

Daha əvvəl digər cüdoçu Hidayət Heydərov da (73 kq) qızıl medal qazanmışdı.

Boksçumuz Alfonso Dominges (92 kq) isə yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Siyahıda ilk pillədə Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ikinci yerdə ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc), üçüncü sırada Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) qərarlaşıb.

Olimpiya Oyunlarında hələlik 50 ölkə medal əldə edə bilib.

"Paris-2024" avqustun 11-də başa çatacaq.