"Araz-Naxçıvan" 8, "Qəbələ" 1 qolla 1/4 finala yüksəlib - YENİLƏNDİ
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin ikinci oyun günündə 2 görüş keçirilib.
Mediasport.az xəbər verir ki, "Araz-Naxçıvan" "İrəvan"ı darmadağın edib.
"Qəbələ" isə 1-ci Liqa klubu "İmişli"nin müqavimətini oyunun əsas vaxtına artırılmış dəqiqələrdə qırıb.
Azərbaycan Kuboku. 1/8 final mərhələsi
16:00 "İmişli" - "Qəbələ" 0:1
Qol: Mehrac Baxşalı, 90+3.
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu
13:00 "İrəvan" - "Araz-Naxçıvan" 2:8
Qollar: Vüsal Qənbərov, 16, Vüsal Əsgərov, 37 - Aksel Nqando, 24, 43, 45+4-pen., Orxan Əliyev, 25, 51, Miço Kuzmanoviç, 73, Elvis Maşike, 80, 83.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
"ASK Arena"