"Qəbələ" Macarıstan klubu ilə qarşılaşacaq - UEFA Gənclər Liqası

"Qəbələ" Macarıstan klubu ilə qarşılaşacaq - UEFA Gənclər Liqası

"Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar" yarışın ilk mərhələsində Macarıstanın "Puşkaş Akademiya"sı ilə qarşılaşacaqlar.

Qalib komanda növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Bölgə klubunun macarlarla ilk matçı oktyabrın 4-də Qəbələdə keçiriləcək, cavab görüşü oktyabrın 25-də səfərdə baş tutacaq.