"Qarabağ"da ŞOK itkilər var - 2 ƏSAS SİMA ilk matçda olmayacaq

"Qarabağ"da ŞOK itkilər var - 2 ƏSAS SİMA ilk matçda olmayacaq

UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyanın "Bayer" klubu ilə üz-üzə gələcək "Qarabağ" ilk oyuna ciddi itkilərlə çıxacaq.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu martın 7-də Bakıda baş tutacaq qarşılaşmada cəzalı olan Elvin Cəfərquliyev və Julio Romaonun xidmətindən istifadə edə bilməyəcək.

Cinah futbolçusu pley-off mərhələsinin "Braqa" ilə cavab görüşündə kobudluğa görə qırmızı vərəqə alıb, braziliyalı yarımmüdafiəçi isə sarı vərəqə limitini keçib.

UEFA Elvinin cəzasını bugünlərdə açıqlayacaq.

Qeyd edək ki, almanlarla Tofiq Bəhramovda baş tutacaq ilk duel saat 21:45-də başlanacaq.

Tərəflər martın 15-də Leverkuzendə görüşəcəklər.