2-ci Liqada 20-ci tur başa çatır: "Şəfa" "Cəbrayıl"la qarşılaşacaq

2-ci Liqada 20-ci tur başa çatır: "Şəfa" "Cəbrayıl"la qarşılaşacaq

Azərbaycan 2-ci liqasında 20-ci tura 1 qarşılaşma ilə yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə "Cəbrayıl" "Şəfa"nı qəbul edəcək.

Buna qədər keçirilən görüşlərdə "Şahdağ Qusar" "Qusar"ı (2:0), "Kürmük Qax" "Ağdaş"ı (1:0), "Baku Sportinq" "Göygöl"ü (2:0), "Şəmkir" "Lerik"i (2:0) məğlub edib, "Kür-Araz" - "Dinamo" və "Füzuli" - "Şəki Siti" matçların eyni hesab qeydə alının - 2:2.

Azərbaycan 2-ci liqası. 20-ci tur

10 aprel

"Cəbrayıl" - "Şəfa"

Baş hakim: Şamil İmanzadə.

"Neftçi" Futbol Mərkəzi (4-cü meydança), 13:00.