Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ölkə başçısı sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.
Sonra dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində olublar.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.