2023-cü ildə AFFA-ya daxil olan və xərclənən vəsait müəyyənləşib
2023-cü ildə AFFA-ya daxil olan vəsait müəyyənləşib.
Mediasport.az xəbər verir ki, bu barədə qurumun açıqladığı hesabatda bildirilib.
Milli assosiasiyaya ümumilikdə 35 milyon 617 min 445 manat daxil olub.
Bunlardan 13 milyon manatı SOCAR-dan (maliyyə dəstəyi), 6 milyon 475 min 873 manatı eyni təşkilatdan (Qrant müqavilə), 4 milyon 854 min 178 manatı UEFA-dan, 4 milyon 667 min 364 manatı milli komandanın yayım hüquqi gəlirindən, 3 milyon 277 min 600 manatı FIFA-dan, 1 milyon 180 min manatı "Liv Bona Dea"dan, 1 milyon 180 min manatı Məlhəm Beynəlxalq Hospitaldan, 236 min manatı "Rabitəbank"dan, 118 min manatı "Paşa Sığorta"dan, 628 min 430 min manatı digər qurumlardan verilib.
Azərbaycan Respublikasında futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği də artıb. Qeyd olunub ki, 2022/2023 mövsümündə bu rəqəm 38 milyon manat təşkil edib. 2023/2024 mövsümündə isə bir milyon artaraq 39 milyona çatıb.
Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10) toplamda 3 milyon, milli komandaların saxlanılması üçün 3 milyon manat ödənilib.
Region Liqası və Region Liqa oyunların keçirilməsi və VAR lahiyə xərcləri hər iki mövsümdə 1 milyon manatdır. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min verilib, Menecer və Məşqci korpusunun təhsilinə görə (AFFA-nın nəzdində) 300 min manat xərclənib.
2023-cü ildə qurumun ümumi xərcləri 27 milyon 957 min 622 manat olub.
Milli komandalar üçün xərclənən vasaitlər 12 milyon 806 min 378 manat, əməkhaqqı və ezamiyyə xərcləri 4 milyon 503 min 450 manat, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 1 milyon 978 min 885 manat, Hakimlər və Hakim-İnspektorlara 3 milyon 783 min 469 manat, təsərrüfat xərcləri 685 min 548 manat, oyunların təşkili 785 min 117 manat, aviabilet və hotel xərcləri 335 min 869 manat, nəqliyyat xərcləri 229 min 973 manat, kommunal və rabitə xərcləri 170 min 370 manat, təhsil üçün 161 min 786 manat, Marketinq və Sponsorluq Departamentinə 273 min 64 manat, “Elit Məşq” Layihəsinə 408 min 97 manat, “Futbol Dərsi” Layihəsi 54 min 30 manat, VAR layihəsinin tətbiq olunması 1 milyon 100 min 429 manat, digər xərclər 681 min 157 manat təşkil edib.
AFFA-nın xərclər bölgüsündə yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir. SOCAR və AFFA arasında bağlanan 18 avqust 2022-ci il tarixli və 20 iyul 2023-cü il tarixli maliyyə yardımı müqavilələrinə əsasən 2022/2023 və 2023/2024 futbol mövsümləri üzrə milli komandaların saxlanılmasına, Region
Liqası və Region Liqası oyunlarının keçirilməsinə və VAR Layihəsinə ayrılan maliyyə vəsaiti adıçəkilən kriteriyalar üzrə müvafiq qaydada xərclənib.
AFFA-nın digər xərcləri də açıqlanıb. Qurum balansında olan stadionların, futbol akademiyasının, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına ümumilikdə 4 milyon 253 min 876 manat xərcləyib.
“Dalğa Arena”ya 827 min 427 manat, “ASCO Arena”ya 455 min 111 manat, Milli Komandaların Məşq Mərkəzinə 336 min 349 manat, Təhsil və Reabilitasiya Mərkəzinə 258 min 960 manat, Binə stadionuna 113 min 493 min manat, Ağsu stadionuna 110 min 367 manat, “Neftçi Arena”ya 22 min 878 manat, Şamaxı şəhər stadionuna 282 min 691 manat, Bakı Olimpiya Stadionuna 392 min 800 manat, Mingəçevir şəhər stadionuna 1 milyon 220 min 800 manat, digər stadionlar və məşq meydançalarına 233 min manat vasait ayrılıb.
Mingəçevir şəhər stadionunda yenidənqurma işlərinin hazırda davam etdiyi diqqətə çatdırılıb.
Federasiyanın tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına - 12 quruma ümumilikdə 3 milyon 39 min 586 manat verilib.
Azərbaycan Futzal Federasiyasına 1 milyon 467 min manat, Futbolun İnkişaf Fonduna 331 min manat, "Turan Tovuz" Futbol Akademiyasına 287 min 354 manat, Regional Futbol Federasiyaları İctimai Birliyinə 286 min 103 manat, Uşaq və Gənclər Futbol Federasiyasına 185 min manat, Futbol Veteranları İttifaqına 167 min manat, Çimərlik Futbolu Federasiyasına 111 min 800 manat, Əlillər Futbol Federasiyasına 94 min 20 manat, Sahə Futbol Federasiyasına 48 min manat, İctimai Futbol Təşkilatları İctimai Birliyinə 38 min 600 manat, Tələbə Futbol Federasiyası 14 min 600 manat, İsgəndər Cavadov adına Akademiyaya 9 min manat vəsait ayrılıb.