"Qarabağ"ın Norveç klubu ilə oyununa nə qədər bilet satılıb?

 "Qarabağ"ın Norveç klubu ilə oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində sentyabrın 21-də Bakıda baş tutacaq “Qarabağ” – “Molde” (Norveç) oyununa satılmış bilet sayı müəyyənləşib.

Ağdam klubundan Mediasport.az saytına verilən məlumata görə, indiyədək qarşılaşmaya 16 min bilet satılıb.

Bildirilib ki, 31 minə yaxın biletin 90 faizinin satılacağı gözlənilir.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüşə biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Matç saat 20:45-də başlanacaq.