AFFA rəsmisindən Ayaz Quliyevin milliləşdirilməsi haqda - AÇIQLAMA
"Digər azərbaycanlı futbolçular kimi, Ayaz Quliyev də bizim diqqətimizdədir, izləyirik. vaxtaşırı onunla əlaqə saxlayırıq. Lakin bu gün üçün milliləşdirilməsi müzakirə olunmur".
Bu sözləri mediasport.az saytına Rusiya mətbuatında "Ximki"də çıxış edən Ayaz Quliyevin Azərbaycan pasportu almasına dair xəbərlərə münasibət bildirən AFFA-nın Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib.
Federasiya rəsmisi 26 yaşlı yarımmüdafiəçi barəsində dərc edilmiş xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: "Ayazla zaman-zaman əlaqə saxlayırıq. Düzdür, onunla danışıqlar prosesində mən birbaşa iştirak etmirəm. Amma bir qədər öncə dəqiqləşdirmə apardım ki, bəlkə nəsə yenilik var, ya yox. Bu gün üçün dəqiq olan odur ki, Rusiya mətbuatında yazılan xəbərlər doğru deyil".
Bildirək ki, Rusiya mətbuatı Ayaz Quliyevn artıq Azərbaycan pasportu aldığını və onun "Neftçi"yə keçməyə yaxın olduğunu yazıb.