Azərbaycan millisinin sabiq üzvündə dopinq aşkarlandı, futboldan 4 illik uzaqlaşdırıldı

Azərbaycan millisinin sabiq üzvündə dopinq aşkarlandı, futboldan 4 illik uzaqlaşdırıldı

Azərbaycan milli komandasının sabiq futbolçusu Berkay Vardarda dopinq aşkarlanıb.

Mediasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

O, "Beşiktaş"ın yayda yollarını ayırdığı iki futbolçusunun qanında qadağan olunmuş maddə aşkarlandığını bildirib.

Onlardan biri Emirhan Delibaş, digəri isə 2019-2021-ci illərdə Azərbaycanın U-17 və U-19 yığmalarında forma geyinmiş yarımmüdafiəçi Berkay Vardardır.

Məlumata görə, test nəticələri pozitiv çıxan oyunçular futboldan 4 illik diskvalifikasiya ediliblər.

Hər iki futbolçu İstanbul nəhənginin yetirməsidir.

Vardar millilərimizin heyətində ümumilikdə 6 rəsmi matçda iştirak edib və 2 qol vurub.