Milli komandamızın futbolçusu Malayziya klubuna keçdi - RƏSMİ

Milli komandamızın futbolçusu Malayziya klubuna keçdi - RƏSMİ

"Neftçi"dən ayrılan Azərbaycan millisinin üzvü Eddi İsrafilovun yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Malayziyada davam etdirəcək.

Eddi "Cohor Darul Tazim" klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İsrafilov 2022-ci ilin yanvar ayından 2024-cü ilin iyununadək "Neftçi"də çıxış edib.

Təcrübəli futbolçu "ağ-qaralar"ın heyətində meydana çıxdığı 71 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.