5-də 5: Sərbəst güləşçilərimizin hamısı lisenziya əldə edib
Azərbaycanın 5 sərbəst güləşçisindən sonuncusu - Girorgi Meşvildişvili də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Mediasport.az xəbər verir ki, gürcü legionerimiz Əliabbas Rzazadə, Hacı Əliyev, Turan Bayramov və Osman Nurməhəmmədovun ardından adını olimpiadanın iştirakçıları sırasına yazdırıb.
Təmsilçimiz yarımfinalda bolqar idmançıdan rahatlıqla güclü olub.
Bununla Azərbaycanın "Paris-2024"ə lisenziya qazanan idmançılarının sayı 16-ya çatıb.
Xatırladaq ki, bu turnirdə finala vəsiqə qazanan idmançılar birbaşa "Paris-2024"də iştirak hüququ əldə etdilər.
Avropa Olimpiya Təsnifat turniri. Yarımfinal
57 kq
Əliabbas Rzazadə - Vladimir Yeqorov (Şimalı Makedoniya) 4:3
65 kq
Hacı Əliyev - İslam Dudayev (Albaniya) 6:3
74 kq
Turan Bayramov - Frank Çamizo Markez (İtaliya) 8:8
86 kq
Osman Nurmaqomedov - Vasili Mixaylov (Ukrayna) 4:1
125 kq
Giorgi Meşvildişvili - Alen Xubulov (Bolqarıstan) 7:0