Ruzanna Məmmədova bu gün Avropa çempionu ola bilər

Ruzanna Məmmədova bu gün Avropa çempionu ola bilər

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında qadınların mübarizəsinə start verilib.

Mediasport.az xəbər verir ki, 4 təmsilçimizdən biri finala vəsiqə qazanıb.

59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədova bütün rəqiblərini məğlub edib. Güləşçimiz qızıl medal uğrunda gğrüşdə bu gün Yelena Kurova (AİN) ilə qarşılaşacaq.

Elvina Kərimzadə (50 kq), Nərgiz Səmədova (55 kq) və Fatimə İsayeva (68 kq) isə təsəlliverici görüşlərə qatılacaqlar.