Güləşçimiz beynəlxalq multi-idman oyunlarında 3-cü yeri tutub

Güləşçimiz beynəlxalq multi-idman oyunlarında 3-cü yeri tutub

Azərbaycanın sərbəst güləşçisi Ceyhun Allahverdiyev Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında uğurlu çıxış edib.

Mediasport.az xəbər verir ki, 21 yaşlı idmançımız 3-cü yeri tutub.

O, bürünc medalı 61 kq çəki dərəcəsində qazanıb.