"Qarabağ"ın rəqibi 35 yaşlı futbolçu ilə yollarını ayırıb - RƏSMİ
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" (Portuqaliya) Andre Kaştru ilə vidalaşıb.
Mediasport.az xəbər verir ki, o, karyerasını "Moreirense"də davam etdirəcək.
35 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1,5 illik sözləşmə imzalayıb.
Andre cari mövsüm "Braqa"nın heyətində 7 oyuna çıxıb.
Xatırladaq ki, Kaştru daha öncə "Portu", "Olhanense", "Sportinq" (Xixon), "Kasımpaşa", "Göztəpə" klublarında oynayıb.