İran və İraq yığmaları Asiya Kubokunda növbəti mərhələdə

İran və İraq yığmaları Asiya Kubokunda növbəti mərhələdə

Qətərdə 18-ci Asiya Kuboku yarışının final mərhələsinin oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, dünən keçirilən matçlarda İran Honkonqu (1:0), İraq Yaponiyanı (2:1), İndoneziya Vyetnamı (1:0) məğlub edib.

2 oyundan sonra C qrupunda İran 6 xalla birinci olub və növbəti mərhələyə vəsiqə qazanıb. Birləşmiş Ərəb Əmirlikləri 4 xalla qrupda ikinci, Fələstin 1 xalla üçüncü, Honkonq isə 0 xalla sonuncudur.

D qrupunda maksimum nəticə göstərən İraq da 6 xalla liderliyi təmin edib və adını növbəti mərhələyə yazdırıb. Yaponiya və İndoneziya 3 xalla 2-3-cü pillələri bölüşdürürlər. Vyetnam 0 xalla qrupun aşkar autsayderidir.

Bu gün E qrupundan 2 oyun keçiriləcək.

Asiya Kuboku

E qrupu

15:30 İordaniya - Cənubi Koreya

18:30 Bəhreyn - Malayziya

Xal durumu: İordaniya - 3, Cənubi Koreya - 3, Bəhreyn - 0, Malayziya - 0