8-ci kilometr stadionunun "Neftçi"yə verilməsinin detalları "MediaSport"da

8-ci kilometr stadionunun "Neftçi"yə verilməsinin detalları "MediaSport"da

8-ci kilometr qəsəbəsində yerləşən, əvvəlki adıyla "Bakcell Arena"nın "Neftçi"yə verilməsinin şərtləri və detalları müəyyənləşib.

mediasport.az bununla bağlı incəlikləri əldə edib.

AFFA bundan sonra "Neftçi Arena" adlanacaq stadionu paytaxt klubuna uzunmüddətli, təmənnasız icarəyə verib. Tərəflər arasında razılaşdırılmış şərtlərə əsasən, müqavilə müddəti hər il avtomatik yenilənəcək.

Stadionun bütün xərclərini (kommunal xidmətlər, ot örtüyünün saxlanması, təmir və s.) "ağ-qaralar" qarşılayacaq, arenanın əməkdaşlarının əmək haqqları "Neftçi" tərəfindən ödəniləcək.

Qeyd edək ki, 11 min azarkeş tutumuna malik stadion 2012-ci ildə istifadəyə verilib.