Region Liqasının püşkü atıldı

Region Liqasının püşkü atıldı

AFFA-nın inzibati binasının iclas zalında Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

mediasport.az xəbər verir ki, ilk oyunlar 8-9 aprel, cavab qarşılaşmaları isə 15-16 aprel tarixlərində keçiriləcək.

Naxçıvan Region Liqasının qalibi 4-cü komanda kimi yarımfinala vəsiqə qazanacaq. Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.