UEFA-dan azərbaycanlı azarkeşləri ÜZƏN XƏBƏR gəldi - ALINMADI
AFFA-nın Azərbaycan klublarının avrokubok oyunlarının vaxtının dəyişdirilməsi ilə bağlı UEFA-ya etdiyi müraciət müsbət cavab tapmayıb.
mediasport.az xəbər verir ki, hər 3 təmsilçimiz - "Qarabağ" Avropa Liqası, "Neftçi" ilə "Sabah" isə Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunlarını Bakıda eyni gündə keçirməli olacaq.
Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən açıqlamada bildirilib ki, UEFA müraciətə müsbət cavab verməyib:
"Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin".
Qeyd edək ki, "Qarabağ" - HİK, "Sabah" - "Partizan" və "Neftçi" - "Beşiktaş" qarşılaşmaları avqustun 10-da keçiriləcək.