"Qarabağ"lının komandası evdə - prinsipial görüşdə Serbiyaya uduzdu

"Qarabağ"lının komandası evdə - prinsipial görüşdə Serbiyaya uduzdu

“Qarabağ” futbol klubunun müdafiəçisi Marko Veşoviç Monteneqro yığmasının heyətində növbəti oyununu keçirib.

mediasport.az xəbər verir ki, 32 yaşlı futbolçu AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Serbiya ilə görüşdə forma geyinib.

Podqoritsa şəhərində baş tutmuş qarşılaşma qonaqların 2:0 hesablı qələbəsilə yekunlaşıb. Veşoviç 90 dəqiqə meydanda olub, "Qarabağ"dan komanda yoldaşı Marko Yankoviç isə zədə səbəbindən heyətə salınmayıb.