İtaliya A Seriyasının ən bahalı futbolçularının "11-liy"i

İtaliya A Seriyasının ən bahalı futbolçularının "11-liy"i

İtaliya A Seriyasında oynayan ən bahalı futbolçulardan ibarət rəmzi "11-lik" təşkil edilib.

Mediasport.az xəbər verir ki, simvolik kollektivin ümumi dəyəri 755 milyon avrodur.

"11-lik"də "İnter"dən 4, "Milan"dan 3, "Napoli"dən 2, "Yuventus" və "Atalanta"dan isə 1 futbolçu yer alıb.

İtaliya A Seriyasında oynayan ən bahalı futbolçulardan ibarət rəmzi "11-lik":

Qapıçı: Mayk Menyan ("Milan", 45 milyon avro)

Müdafiəçilər: Teo Hernandes ("Milan", 55 milyon), Alessandro Bastoni ("İnter", 60 milyon), Qleyson Bremer ("Yuventus", 50 milyon), Benjamin Pavar ("İnter", 40 milyon)

Yarımmüdafiəçilər: Rafael Leao ("Milan", 90 milyon), Teun Kupmeyners ("Atalanta", 40 milyon), Nikolo Barella ("İnter", 75 milyon), Xviça Kvaratsxeliya ("Napoli", 80 milyon)

Hücumçular: Lautaro Martines ("İnter", 110 milyon), Viktor Osimhen ("Napoli", 110 milyon)


Rövşən