Avropanın 4 ölkəsi Rusiya ilə oynamaqdan imtina edib

Avropanın 4 ölkəsi Rusiya ilə oynamaqdan imtina edib

Məlum olduğu kimi, dünən UEFA Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarının neytral statusda - himn və bayraqsız beynəlxalq yarışlara buraxılması haqda qərar qəbul edib.

Mediasport.az xəbər verir ki, bu seçim Avropa ölkələrində heç də birmənalı qarşılanmayıb.

İngiltərə, Polşa, Latviya və İsveç Futbol Federasiyaları UEFA-ya bununla bağlı ciddi etiraz ediblər.

Hər dörd ölkənin futbol federasiyası açıqlama yayaraq bildirib ki, Rusiya yığmalarının iştirak edəcəyi heç bir turnirə qatılmayacaqlar.

UEFA isə qərarını belə izah edib: "Uşaqlar böyüklərin törətdiyi hərəkətlərə görə məsuliyyət daşımamalıdır. Qərar Rusiyanın U-17 millisi də daxil olmaqla bütün aşağı yaş qruplarına şamil edilir".