İngilislərlə başlayıb ingilislərlə bitən siyahıda almanlar yoxdur

  İngilislərlə başlayıb ingilislərlə bitən siyahıda almanlar yoxdur

Məşhur "Transfermarkt" portalı Avropanın TOP-5 liqasında ötən il ən çox xal toplayan kollektivlərin siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, zirvədə 2023-cü ilə damğasını vuran "Mançester Siti" başçılıq edir.

İlk "3-lüy"ü "Atletiko" və "Barselona" tamamlayır.

Maraqlıdır ki, Almaniya Bundesliqasından heç bir komanda siyahıda yer almayıb.

Avropanın TOP-5 liqasında ötən il ən çox xal toplayan kollektivlər:

1. "Mançester Siti" (İngiltərə, Premyer Liqa) - 93 xal

2. "Atletiko" (İspaniya, La Liqa) - 88 xal

3. "Barselona" (İspaniya, La Liqa) - 88 xal

4. "İnter" (İtaliya, Seria A) - 87 xal

5. "Real" (İspaniya, La Liqa) - 85 xal

6. "Aston Villa" (İngiltərə, Premyer Liqa) - 85 xal

7. "Yuventus" (İtaliya, Seria A) - 84 xal

8. PSJ (Fransa, Liqa 1) - 81 xal

9. "Arsenal" (İngiltərə, Premyer Liqa) - 81 xal

10. "Liverpul" (İngiltərə, Premyer Liqa) - 81 xal