Avstriya, Fransa, İngiltərə və Danimarka 1/8-də, Niderland və Sloveniya gözləyir - AVRO-2024
Futbol üzrə 17-ci Avropa çempionatının qrup mərhləsində son turun görüşləri keçirilir.
Mediasport.az xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi qitə birinciliyində daha 4 matç baş tutub.
C və D qruplarında yer alan 8 milli qrupun son oyununa çıxıb.
Avstriya, Fransa, İngiltərə və Danimarka 1/8 final vəsiqəsini rəsmiləşdirib. Maraqlıdır ki, Ralf Ranqnikin rəhbərlik etdiyi Avstriya seçməsi Fransa və Niderlandın olduğu qrupdan lider çıxmağı bacarıb.
Qruplarında 3-cü yerləri tutan Niderland, Sloveniya, Slovakiya və Macarıstan isə ən yaxşı 3-cülər kimi bugünkü son duelləri gözləyir.
Qrupları 3-cü pillədə başa vuracaq 6 komandadan daha yaxşı göstəriciyə sahib 4-ü 1/8 finala vəsiqə qazanacaq.
Xatırladaq ki, bunadək Almaniya, İsveçrə, İspaniya, İtaliya və Portuqaliya yığmaları pley-off vəsiqələrini təmin ediblər.
Avropa çempionatı. Qrup mərhələsi. 3-cü tur
D qrupu
Fransa - Polşa 1:1
Qollar: Kilian Mbappe, 56-pen., - Robert Levandovski, 79-pen.
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund. "Vestfalenştadion" ("Siqnal İduna Park)
Niderland - Avstriya 2:3
Qollar: Kodi Qakpo, 47, Memfis Depay, 76 - Donyell Malen, 6, Romano Şmid, 59, Marsel Zabitser, 80.
Baş hakim: İvan Krujliak (Slovakiya)
Berlin. "Olimpiyaştadion"
Xal durumu: Avstriya - 6 xal, Fransa - 5 xal, Niderland - 4 xal, Polşa - 1 xal.
C qrupu
Danimarka - Serbiya 0:0
Baş hakim: Fransua Leteksye (Fransa)
Münhen."Münhen Futbol Arena" ("Alyans Arena")
İngiltərə - Sloveniya 0:0
Baş hakim: Kleman Türpen
Köln. "ReynEnerjiştadion"
Xal durumu: İngiltərə - 5 xal, Danimarka - 3 xal, Sloveniya - 3 xal, Serbiya - 2 xal.