AVRO-2024: Şotlandiya yığma komandasının heyəti açıqlanıb
Futbol üzrə Şotlandiya milli komandasının gələn ay Almaniyada start götürəcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Stiven Klark genişləndirilmiş siyahıya 28 oyunçunun adını daxil edib.
Yekun heyətdə 26 futbolçu yer alacaq.
Şotlandiya yığması A qrupunda Almaniya, İsveçrə və Macarıstan milliləri ilə qarşılaşacaq.
Qapıçılar: Anqus Qann ("Norviç", İngiltərə), Zender Klark, Kreyq Qordon (hər ikisi "Harts"), Liem Kelli ("Mozeruell");
Müdafiəçilər: Endrü Robertson ("Liverpul", İngiltərə), Kiran Tirni ("Real Sosyedad", İspaniya), Cek Hendri ("Əl-İttifaq", Səudiyyə Ərəbistanı), Rayan Porteus ("Uotford", İngiltərə), Liem Kuper ("Lids", İngiltərə), Skott Makkenna ("Kopenhagen", Danimarka), Qrant Henli ("Norviç", İngiltərə), Qret Teylor, Entoni Ralston (hər ikisi "Seltik"), Con Suttar ("Reyncers"), Ross Makkori ("Bristol Siti", İngiltərə);
Yarımmüdafiəçilər: Kallum Makqreqor ("Seltik"), Rayan Kristi ("Bornmut", İngiltərə), Billi Gilmor ("Brayton", İngiltərə), Con Makginn ("Aston Villa", İngiltərə), Kenni Maklin ("Norviç", İngiltərə), Skott Maktominay ("Mançester Yunayted", İngiltərə), Stüart Armstronq ("Sauthempton", İngiltərə), Rayan Cek ("Reyncers");
Hücumçular: Lindon Dayks ("Kuinz Park Reyncers"), Çe Adams ("Sauthempton", İngiltərə), Lourens Şenklend ("Harts"), Ben Douk ("Liverpul", İngiltərə), Ceyms Forrest ("Seltik).