U-21 Avropa çempionatı: Gürcüstan və Ukrayna inamlı qələbə ilə başladı, bu gün daha 4 matç oynanılacaq

U-21 Avropa çempionatı: Gürcüstan və Ukrayna inamlı qələbə ilə başladı, bu gün daha 4 matç oynanılacaq

Gürcüstan və Rumıniyanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə U-21 Avropa çempionatı start götürüb.

MediaSport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Bu gün yarışda daha 4 matç oynanılacaq. Rumıniyadan Buxarest və Kluj-Napoka, Gürcüstandan isə Tbilisi, Batumi və Poti şəhərlərinin ev sahibliyi edəcəyi biirncilik iyulun 8-də yekunlaşacaq.


U-21 Avropa çempionatı. Final mərhələsi


Belçika - Niderland 0:0

Gürcüstan - Portuqaliya 2:0

Qollar: Giorgi Qaqua, 37, Saba Sazonov, 45+1.

Ukrayna - Xorvatiya 2:0

Qollar: Aleksey Kaşşuk, 19, Danilo Sikan, 48.

Rumıniya - İspaniya 0:3

Qollar: Aleks Baena, 55, Xuan Miranda, 62, Serxio Qomes, 90+5.


U-21 Avropa çempionatı. Final mərhələsi

20:00 Çexiya - İngiltərə

20:00 Almaniya - İsrail

20:00 Norveç - İsveçrə

22:45 Fransa - İtaliya