AVRO-2024: Xorvatiya milli komandasının heyəti açıqlanıb

AVRO-2024: Xorvatiya milli komandasının heyəti açıqlanıb

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlaşan Xorvatiya milli komandasının heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç heyətə 24 futbolçu daxil edib.

Xorvatlar qitə birinciliyinin B qrupunda İspaniya, İtaliya və Albaniya ilə yarışacaqlar.

Turnir iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Qapıçılar: Dominik Livakoviç ("Fənərbağça", Türkiyə), İviça İvuşiç ("Pafos", Yunanıstan), Nedilko Labroviç ("Riyeka");

Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Yosip Yuranoviç ("Yunion", Almaniya), Yoşko Qvardiol ("Mançester Siti", İngiltərə), Borna Sosa ("Ayaks", Niderland), Yosip Stanişiç ("Bayer", Almaniya), Yosip Sutalo ("Ayaks", Niderland), Martin Erlik ("Sassuolo", İtaliya), Marin Ponqarçiç ("Leççe", İtaliya);

Yarımmüdafiəçilər: Luka Modriç ("Real" M., İspaniya), Mateo Kovaçiç ("Mançester Siti", İngiltərə), Marselo Brozoviç ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlaşiç ("Torino", İtaliya), Lovro Mayer ("Volfsburq", Almaniya), Luka İvanuşeç ("Feyenoord", Niderland), Luka Suçiç ("Zalsburq", Avstriya), Martin Baturina ("Dinamo");

Hücumçular: İvan Perişiç ("Hayduk"), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Ante Budimir ("Osasuna", İspaniya), Marko Paşaliç ("Riyeka").