Klublararası dünya çempionatının püşkü atıldı - Qruplar məlum oldu

Klublararası dünya çempionatının püşkü atıldı - Qruplar məlum oldu

2025-ci ildə ilk dəfə yeni formatda keçiriləcək klublarası FİFA dünya çempionatının püşkü atılıb.

Mediasport.az xəbər verir ki, püşkatma mərasimi Mayami şəhərində keçirilib.

Mundialda 32 klub yarışacaq.

Hərəsində 4 komanda olmaqla, kollektivlər 8 qrupa bölünüblər.

İlk dəfə bu sayda klubun iştirakı ilə keçiriləcək DÇ iyunun 15-dən iyulun 14-dək ABŞ-də təşkil olunacaq.


A qrupu:
Palmeyras (Braziliya), Portu (Portuqaliya), Əl Əhli (Misir), İnter Mayami (ABŞ);

B qrupu: PSJ (Fransa), Atletiko (İspaniya), Botafoqo (Braziliya), Sietl Saunders (ABŞ);

C qrupu: Bavariya (Almaniya), Oklend Siti (Yeni Zelandiya), Boka Xunyors (Argentina), Benfika (Portuqaliya);

D qrupu: Flamenqu (Braziliya), Esperans (Tunis), Çelsi (İngiltərə), Leon (Meksika);

E qrupu: River Pleyt (Argentina), Urava Red Daymonds (Yaponiya), Monterrey (Meksika), İnter (İtaliya)

F qrupu: Fluminense (Braziliya), Borussiaya (Dortmund, Almaniya), Ulsan Hundai (Cənubi Koreya), Mamelodi Sandauns (Cənubi Afrika);

G qrupu: Mançester Siti (İngiltərə), Vidad (Mərakeş), Əl Əyn (Birləşmiş Ərəb Əmirlikləri), Yuventus (İtaliya);

H qrupu: Real (Madrid, İspaniya), Əl Hilal (Səudiyyə Ərəbistanı), Paçuka (Meksika), Zalsburq (Avstriya).