Əfran İsmayılov futboldan nə qədər uzaq qalacaq?
Premyer Liqanın 8-ci turunun Sumqayıt səfərində zədələnən "Kəpəz"in yarımmüdafiəçisi Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.
MediaSport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin əzələsi dartılıb.
Təcrübəli futbolçu təxminən 10 gün məşqlərdən kənar qalacaq. Əfran bu müddətdə müalicə və bərpa prosesi keçəcək.