"Artıq kim olduğumuzu göstərməyin vaxtıdır" - Bakıöncəsi bu sözləri dedi
Sabah Bakıda "Qarabağ"ın qonağı olacaq "Olimpiakos"un baş məşqçisi Miçel Qonsales səfər öncəsi futbolçularla ciddi danışaraq sərt açıqlama verib.
mediasport.az xəbər verir ki, ispan çalışdırıcı kollektivə nə olur-olsun Azərbaycandan 3 xalla qayıtmalı olduqlarını bildirib.
"Artıq kim olduğumuzu göstərməyin vaxtıdır. Biz böyük komandayıq, böyük ailəyik. Özümüzü toparlayıb daha yaxşı nəticələr qazanmalıyıq".