AL-də pley-off yekunlaşdı, Mahirin komandası KL-ə vəsiqə qazandı
UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, cavab oyunları çərçivəsində 10 qarşılaşma keçirilib.
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Çexiya səfərində "Sparta"ya daha böyük hesabla məğlub olaraq yarışda mübarizəni dayandırıb və Avropa Konfrans Liqasının qruplarına vəsiqə qazanıb.
UEFA Avropa Liqası. Pley-off mərhələsi. Cavab oyunları
“Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Sloveniya) 1:1 (ilk oyun 2:0)
“Aris” (Limasol, Kipr) – “Slovan” (Slovakiya) 6:2 (1:2)
“Zarya” (Ukrayna) – “Slaviya” (Praqa, Çexiya) 2:1 (0:2)
“Şerif” (Moldova) – “Klaksvik” (Farer adaları) 2:1 (1:1)
“Sparta” (Praqa, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 4:1 (1:3)
“Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) 0:1 (4:1)
“Çukariçki” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) 0:3 (1:3)
“Luqano” (İsveçrə) – “Yunion” (Belçika) 0:1 (0:2)
“Aberdin” (Şotlandiya) – “Haken” (İsveç) 3:1 (2:2)
“Zrinski” (Bosniya və Herseqovina) – LASK (Avstriya) 1:1 (1:2)