"Qalatasaray"dan çətin qələbə, "Milan" rahat qazandı - VİDEO

"Qalatasaray"dan çətin qələbə, "Milan" rahat qazandı - VİDEO

Futbol üzrə UEFA Avropa Liqasının keçid pley-off mərhələsində ilk görüşlər keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Portuqaliyada "Braqa"ya qalib gəlib.

Türkiyənin yarışdakı təmsilçisi "Qalatasaray" doğma meydanda Çexiyanın "Sparta" klubunu çətinliklə üstələyib.

Cavab qarşılaşmaları fevralın 22-də oynanılacaq.


UEFA Avropa Liqası. Keçid pley-off. İlk oyunlar


"Yanq Boyz" (İsveçrə) - "Sportinq" (Portuqaliya) 1:3

"Şaxtyor" (Ukrayna) - "Marsel" (Fransa) 2:2

"Qalatasaray" (Türkiyə) - "Sparta" (Çexiya) 3:2

"Feyenoord" (Niderland) - "Roma" (İtaliya) 1:1

"Braqa" (Portuqaliya) - "Qarabağ" 2:4

"Milan" (İtaliya) - "Renn" (Fransa) 3:0

"Lans" (Fransa) - "Frayburq" (Almaniya) 0:0

"Benfika" (Portuqaliya) - "Tuluza" (Fransa) 2:1