AFFA virtual seminar keçirib

  AFFA virtual seminar keçirib

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamenti futbol komandalarında çalışan azarkeşlər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün onlayn seminar təşkil edib.

Mediasport.az xəbər verir ki, 4-cü dəfə baş tutan iclasda azarkeşlərlə əlaqələndirici şəxslər üçün hədəf auditoriyası, xarici təşkilatlar, həmçinin Avropa Futbol Azarkeşləri (FSE) təşkilatında fan klubların qeydiyyatı və digər mövzulardan danışılıb.

Seminar zamanı "Sumqayıt" klubunun nümayəndəsi Sənan Mirzəyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu haqqında məlumatları digər klub nümayəndələri ilə paylaşıb.