UEFA-nın rəsmi saytı: "Qarabağ" Braqada parlaq qələbə qazandı"
UEFA-nın rəsmi saytında “Qarabağ”ın Avropa Liqasının ilk keçid pley-off mərhələsinin ilk matçında Portuqaliyanın “Braqa” klubu üzərində inamlı qələbəsinə (4:2) yer verilib.
Mediasport.az xəbər verir ki, gecənin reportajları arasında yer alan görüşdə Azərbaycan çempionunun matçda diqtə edən tərəf olduğu qeyd edilib.
Bildirilib ki, "köhlən atlar" cavab dueli öncəsi əhəmiyyətli üstünlük qazanıblar:
"Abdullah Zubirin dublu “Qarabağ”ın Portuqaliyada parlaq qələbə qazanmasına kömək etdi. Marko Yankoviç dəqiq penalti zərbəsinə Siman Banza cavab versə də, qonaqlar fasilədən sonra rəqibdən aşkar üstün oynadılar. Nəticədə, iki dəfə Zubir və Juninyo qol vurdu. Joau Moutinyunun penaltidən dəqiq zərbəsi “Braqa” üçün təsəlli oldu".
Komandalar arasında cavab qarşılaşması fevralın 22-də Bakıda keçiriləcək.